Region Özəl

Avtomobildən yıxılan qadın həyatını itirdi

Avtomobildən yıxılan qadın həyatını itirdi

Türkiyənin Samsun vilayətində avtomobilin açıq qapısından yıxılan qadın həyatını itirib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün Ankara-Samsun magistralının Toptepe Doruk qovşağında baş tutub.

Avtomobilin arxa oturacağında olan sürücünün həyat yoldaşı Dursiye Qonca avtomobilin açıq qapısından yıxılaraq baryerə çırpılıb.

Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova