Hadisə Özəl

Sevdiyi qadını qətlə yetirən şəxsə hökm oxundu

Sevdiyi qadını qətlə yetirən şəxsə hökm oxundu

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sahil Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, hadisə ötən ilin iyulunda Suraxanı rayonunda baş verib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı qətlə yetirib.

Məlum olub ki, Sahil Mə çıdobla Aynurə Əliyarovanın arasında sevgi münasibəti olub.

Hadisə də qısqanclıqdan baş verib.

Sahil Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az