Dünya

İsrail, Almaniya və Polşa prezidentləri Varşavada görüşüblər

İsrail, Almaniya və Polşa prezidentləri Varşavada görüşüblər

İsrail Prezidenti İsxak Hersoq, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Polşa lideri Anjey Duda bir araya gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Liderlər Varşavada Qetto üsyanının 80-ci ildönüm ilə bağlı keçirilən tədbirdə bir araya gəliblər.

Varşava Qettosu müharibədən əziyyət çəkən Avropanın ən böyük qapalı yəhudi ərazisi idi.

1941-ci ilin martında, on minlərlə yəhudi bu ərazidə maksimum həddə çatıb. İnsanlar yemək və dərman ala bilmədiyindən aclıqdan və xəstəlikdən ölürdü.//APA

D
demokrat.az