Rusiya Prezidenti Vladimir Putinin ötən gün Ukraynanın işğalda olan Xerson və Luqansk bölgələrinə etdiyi səfərinə Ukrayna lideri Vladimir Zelenski cəbhə xəttinə gedərək cavab verib.
Demokrat.az xəbər verir ki, Vladimir Zelenski Donbas bölgəsinin şimalında yerləşən Avdiyivka şəhərində ukraynalı hərbiçilərlə görüşüb.
Səfər zamanı Prezident Zelenski bölgədəki müharibə vəziyyəti ilə bağlı hərbiçiləri dinləyib və əsgərlərə mükafatlar təqdim edib.
O, döyüş bölgəsindən Vladimir Putinə səslənərək, onu işğalçı adlandırıb.
Aysu Demokrat.az


