İqtisadiyyat Özəl

"Fox News" TV bu şirkətə 787 milyon dollar təzminat ÖDƏYƏCƏK

Fox News TV bu şirkətə 787 milyon dollar təzminat ÖDƏYƏCƏK

ABŞ-da yerləşən "Fox News" telekanalı 2020-ci il prezident seçkilərində saxta iddia qaldırdıqlarına görə, "Dominion" şirkətinə 787 milyon dollar təzminat ödəməyə razılaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, səsvermədən dərhal sonra "Fox News"da bir çox şərhçi çıxış edərək, Donald Trampın seçkidə qalib gəldiyini, lakin səsvermə sisteminin düzgün olmadığını deyib.

Bu səbəbdən də "Dominion" şirkətinin rəhbərliyi onlara böhtan atıldıqlarını əsas gətirərək, sözügedən telekanala 1,6 milyard dollarlıq təzminat iddiası açmağa qərar verib.

Nəticədə tərəflər məhkəmədənkənar barışığa gediblər.

Barışığın nəticəsi olaraq, "Fox News" TV 787 milyon dollar təzminat ödəməyə razılaşıb.

Aysu Demokrat.az

D
demokrat.az