“İsrailin İranın təhlükəsizliyinə qarşı ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxara bilər”
Demokrat.az “CNN”ə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
Rəisi Tehranda keçirilən Ordu Günü paradında çıxışı zamanı İran ordusunu “İnqilab əleyhdarı ünsürlər, təkfirçi qruplar və düşmənlər qarşısında güclü maneə” adlandırıb.
O qeyd edib ki, başda ABŞ olmaqla qeyri-regional qüvvələr Yaxın Şərqdə sabitsizliyə səbəb olub və onlar dərhal bölgəni tərk etməlidir:
Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin bölgədə olması təhlükəsizliyə səbəb olur:
“İsrail hökumətinin – düşmənlərin, xüsusilə sionist rejimin İrana qarşı hücum təhdidi, ölkəmizə qarşı ən kiçik bir addımı İran Silahlı Qüvvələrinin sərt reaksiyası - Hayfa və Təl-Əviv şəhərlərinin dağıdılması ilə nəticələnəcəkdir”.
Aysu Demokrat.az


