Səudiyyə Ərəbistanı ilə İran arasında "buzları əritmək" diplomatiyası irəliləməyə davam edir.
Demokrat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Ərəbistan kralı Salman bin Əbdüləziz əl Səudu İrana rəsmi səfərə dəvət etdiyini açıqlayıb.
Görüşün yaxın günlərdə təşkil olunacağı planlaşdırılır.
Digər tərəfdən, İranın "Tasnim" xəbər agentliyi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olaraq, mayın 8-dək qarşılıqlı səfirlərin təyin ediləcəyini bildirib.
Xatırladaq ki, Ərəbistan və İran rəsmiləri martın 10-da Çində görüşərək münasibətləri bərpa etmək və diplomatik nümayəndəlikləri yenidən açmaq barədə razılığa gəliblər.
Aysu Demokrat.az


