Sosial

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi — FOTO

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi — FOTO

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib.

Aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib.

Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb. “Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi — FOTO

NE
Nihadə Eyyubova