İlon Mask sosial media platforması "Twitter" i alandan sonra ABŞ dövlət qurumlarının istifadəçilərin şəxsi mesajlarını gördüyünü iddia edib.
Demokrat.az xəbər verir ki, o, bu barədə Amerikanın Fox News kanalına danışıb.
Milyarder iş adamının sözlərinə görə, platformanı ilk aldığı zaman ABŞ hökumətinin fərdlərin məlumat bazalarına çıxışı olduğunu öyrənib.
Onun bu iddiası bütün dünyanın marağına səbəb olub.
Qeyd edək ki, Mask bu yaxınlarda süni intellekt inkişaf etdirmə şirkəti qurmaq niyyətindədir.
Aysu Demokrat.az


