Maliyyə

Azad olunmuş ərazilərdə abadlıq-bərpa işləri üçün 3 mlrd. manat vəsait ayrılıb

Azad olunmuş ərazilərdə abadlıq-bərpa işləri üçün 3 mlrd. manat vəsait ayrılıb

Cari ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsait ayrılıb.

Demokrat.az xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, son 2 ildə Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.

Sahib Ələkbərov qeyd edib ki, Ağdam Sənaye Parkında və Araz Vadisi İqtisadi Zonasında işlər yüksək sürətlə davam etdirilir. Bu sənaye parklarında 1500-dən çox iş yerləri yaradılacaq.

D
demokrat.az