İtaliya millisi və "Latsio"nun hücumçusu Çiro İmmobile ağır avtomobil qəzasına düşüb.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün paytaxt Romada baş verib.
Qəza şahidlərinin sözlərinə görə, 33 yaşlı hücumçunun idarə etdiyi avtomobili tramvaya çırpılıb.
Zərbə güclü olub və maşının ön hissəsi tamamilə dağılıb. Tramvay da zədələnərək relsdən çıxıb.
Hadisə zamanı futbolçunun qabırğası sınıb.
Məlumata görə, forvardın qızı da avtomobildə olub.
Tramvay sürücüsü və daha iki sərnişin yaralanaraq xəstəxanaya aparılıb.(BAKU.WS)



