Türkiyədə səfərdə olan Azərbaycanın bir qrup ictimaiyyət nümayəndəsi Qəhrəmanmaraş vilayətində zəlzələdən əziyyət çəkən insanları ziyarət edib.
Demokrat.az xəbər verir ki, ziyarət zamanı Azərbaycandan olan millət vəkilləri, media və QHT rəhbərləri xalqımızın salam və dualarını qardaş ölkəyə çatdırıb.
Görüşlər zamanı qeyd olunub ki, Azərbaycan - Türkiyə kimi dünyada bir-birinə yaxın olan iki dövlət yoxdur.
Səfər çərçivəsində keçirilən görüşlər davam edir.





Həsən Demokrat.az


