Hadisə

İlkin Rüstəmzadə: "ABŞ konsulu məni təhqir etdi"

İlkin Rüstəmzadə: ABŞ konsulu məni təhqir etdi

"Bu gün ABŞ səfirliyində təhqir olundum. ABŞ konsulu mənə "Sən insan haqları fəalısan və türmədə olmusan, buna görə sənə viza verilmir",- dedi".

Demokrat.az xəbər verir ki, bu fikirləri müxalifətçi ictimai fəal İlkin Rüstəmzadə bildirib.

İlkin Rüstəmzadə daha sonra qeyd edib:

"Dedim ki, mən bütün ittihamlar üzrə Avropa Məhkəməsindən bəraət almışam, hökümət mənə təzminat ödəyib.

Dedi ki, bilirik, amma insan haqları fəalısan və ağır cinayətlə uzun müddət həbsdə olmusan. Soruşdum ki, insan haqları fəalı olmaq cinayətdirmi?

Cavab vermədi. Dedim ki, siz Amerikanın dünyada elan elədiyi dəyərlərə xəyanət edirsiz.

Cavab verdi ki, siz keçmiş həyat yoldaşınızla qısa müddət evli olmusuz, bu da şübhələri artırır".

ABŞ konsulu mənim qürurumu təhqir etdi. ABŞ səfirinin evinə şam yeməyinə çağırdığı adama dedi ki, sən cinayətkarsan. Haqqımı bu ölkədə heç kimə yedirtməmişəm, ABŞ konsuluna da yedirtmərəm. Sonadək mübarizə aparacam!".

Demokrat.az

D
demokrat.az