İranda 2022-ci ildə əvvəlki illərlə müqayisədə 75 faiz çox insan edam edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" hesabat yayıb.
İnsan haqları hesabatına görə, il ərzində 582 edam icra edilib.
2021-də isə 333 edam halı baş vermişdi.
Müvafiq olaraq, bu rəqəm 2015-dən bəri ilk dəfə bu qədər yuxarıdadır.
Xatırladaq ki, keçən ilin sentyabrında geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı Məhsa Əmaninin ölümü ilə başlayan etirazlara hakimiyyət orqanları edamlarla cavab verir.
Aysu Demokrat.az


