İdman

"Beşiktaş" xeyriyyə oyununda "Atletiko"ya qalib gəldi

Beşiktaş xeyriyyə oyununda Atletikoya qalib gəldi

Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Demokrat.az xəbər verir ki, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Daha əvvəl "Qarabağ" Bakıda Türkiyə "Qalatasaray"ı ilə xeyriyyə matçı (1:2) keçirib.//Report

D
demokrat.az