Sosial Özəl

Doktoranturaya hazırlaşanların NƏZƏRİNƏ

Doktoranturaya hazırlaşanların NƏZƏRİNƏ

Son günlər Doktoranturaya hazırlaşan namizədlər və Repititorlar arasında imtahanlardan qrammatika mövzularının çıxarılması barədə iddialar yayılıb.

Demokrat.az xəbər verir ki, məsələyə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə aydınlıq gətirib.

O bildirib ki, imtahanda qrammatikaya aid mövzuların çıxarılması nəzərdə tutulmur:

"Bu kimi iddialar yayılmasına baxmayaraq, bu məsələ müzakirə mövzusu deyil. Sadəcə tapşırıqların forması ilə bağlı işçi qaydada məsləhətləşmələr aparılır. Yekunda ediləcək hər hansı bir dəyişiklik barədə ictimaiyyətə məlumat veriləcək".

Aysu Demokrat.az

D
demokrat.az