Xarici siyasət Özəl

Makron Hollandiyada etirazla qarşılandı

Makron Hollandiyada etirazla qarşılandı

Fransa prezidenti Emmanuel Makron Hollandiyaya rəsmi səfəri zamanı bir qrup insan tərəfindən etirazla qarşılanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Makronun Haaqada Avropa ilə bağlı çıxışı zamanı bir qrup nümayişçi tərəfindən üzərində "zorakılıq və ikiüzlülüyün başı" yazılmış plakat nümayiş olunub.

Nümayişçilər Makrona "Fransa demokratiyası haradadır?"deyə səsləniblər.

Qeyd edək ki, Emmanuel Makron son 23 il ərzində Hollandiyaya səfər edən ilk Fransa prezidentidir.

Aysu Demokrat.az

D
demokrat.az