Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv şəkildə atəşə tutub. Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusu itki verib. İtkilərimiz və yaralılarla bağlı hələlik rəsmi rəqəmlər açıqlanmayıb.
Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistanıntəxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Bundan əlavə, minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılıb.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Laçın istiqamətində baş verənlərlə bağlıModern.az-adanışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüArzu Nağıyevbildirib ki,erməni tərəfigec-tez təxribattörədəcəkdi:
"Azərbaycan Ordusu həmin istiqamətdə tam şəkildə mövqelərini möhkəmləndirirdi.Bu mövqelərdən qanunsuz şəkildə daşınan silah-sursatın qarşısı alınırdı. Ordumuz şərti sərhəddə nəzarəti ələ almaqdaydı. Təbii ki, bu,separatçılara vəErmənistan ordusuna hər hansı dvitent gətirə bilməzdi. Buna görə də, Ermənistan nəyin bahasına olursa-olsun qarşıdurmayaradacaqdı. Atışma iki ölkə arasındakı şərti sərhəddə gedir".

Deputatın sözlərinə görə, Ermənistan Avropa İttifaqınınmissiyası vasitəsilə sərhəddə vəziyyətin gərgin olması barədədünyaya car çəkməyi planlaşdırır:
"Ermənilər taktika yürütdü. Taktikaya əsasən, onlaratəş açdıqdan sonra Azərbaycan tərəfi cavab atəşi açacaq, bununla bağlı Avropanın vizual kəşfiyyatçılarından ibarət olan müşahidəçi missiyasıməlumat yayacaqdı. Hətta ermənilər müşahidəçilərəErmənistandan başqa həm Azərbaycana, həm də Avropaya məlumat vermələri haqqında mesaj verdilər. Atışmalar qaçılmaz idi. Bu istiqamət çox böyük əhəmiyyət daşıyan yüksəkliklərlə dolu ərazidir. Ona görə də atışmalar başladı. Allah şəhidlərimizə rəhmət etsin. Ermənistan tərəfinin itkiləri böyükdür. Hətta korpus komandirinin yaralanması ilə bağlı erməniKİV-ləriməlumat yayıb".
Deputat vurğulayıb ki, Azərbaycan Ordusubütün şəhidlərin qisasını alacaq:
"Ermənistan ərazisində təxribat törədə biləcək bütün ocaqlarındarmadağın edilməsi istiqamətində hərbi əməliyyatlar həyata keçirilir. Bunun özü çox mühüm məsələdir. Düşünürəm ki, ordumuz buistiqamətdə bütün nöqtələri məhv edəcək, həm də şəhidlərimizin qisasıalınacaq. Hətta bundan da artığı olacaq.Ermənilər təxribatlasülh müqaviləsinin imzalanmasının qarşısının alınmasına çalışırlar. Dünyaya car çəkmək istəyirlər ki, şərti sərhəddə qarşıdurma var. Sülhməramlı qüvvələröz missiyalarını həyata keçirmək üçün addımlar atmalıdır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi də ciddi şəkildə hadisələritəhlil etməli və aydınlaşdırmalıdır".


