Xarici siyasət Özəl

Yunanıstanın xarici işlər naziri Türkiyəyə gedir

Yunanıstanın xarici işlər naziri Türkiyəyə gedir

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edəcək.

Demokrat.az xəbər verir ki, nazir bu barədə Yunanıstanın “Skai” telekanalına açıqlama verib.

O bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bərabər gələn cümə günü Gökçeadaya gedəcəklər:

“Hər 10 ildən bir Gökçeadada Pasxa bayramından əvvəl Müqəddəs Cümə günü mərasim keçirilir. Bu dəfə mən də mərasimdə iştirak edəcəm. Türkiyə rəsmiləri bu səfərin baş tutması üçün hər cür səy göstərdilər”.

Xatırladaq ki, Nikos Dendias fevralın 12-də zəlzələdən böyük ziyan görən Hatayı ziyarət etmişdi.

Aysu Demokrat.az

D
demokrat.az