SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub. Aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb.
Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub. Aksiyaya qatılan digər 3 sakin isə SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.
Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib. 



