"Sosial şəbəkələrdə oxuyuram ki, dünyasını dəyişən və hələ dəfn olunmayanAzər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova ötən gün dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovla bağlı tənqidistatuslar paylaşanlar haqqında deyib. Aktrisa mərhumun fəaliyyətini pisləyənlərə cavab verib:
"Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır.Cəsarəti çatan çıxıb sağlığında sözünü deyərdi.Kimsə öləndən sonraonun haqqında şirə dönmək qorxaqlıqdır.Bu ölümdən hamı üçün var.Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir".
Qeyd edək ki, aktyor HikmətRəhimov, KamranYunisötən gün 75 yaşında vəfat edən Azər Paşa Nemətovla bağlı mənfi status paylaşıb.


