Sosial

Salyanda açıq rayon çempionatı keçirilib — FOTOLAR

Salyanda açıq rayon çempionatı keçirilib — FOTOLAR

09 aprel 2023-cü il tarixdə Salyan rayon İcra Hakimiyyəti və Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının dəstəyi ilə Salyan rayon Olimpiya İdman Kompleksində "2023-Heydər Əliyev ili" çərçivəsində Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş kikboksinq idman növü üzrə kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında açıq rayon çempionatı keçirilmişdir.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin Başçının müavini Rəşad Cəbrayılov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Qax, Neftçala , Şirvan , Hacıqabul, Qələbə , Salyan, Orion , Osman , Lokomotiv, İnam, Azsport komandalarının idmançıları və məşqçiləri iştirak edirdi. Ümumilikdə yarışda 11 komandadan 201 nəfər idmançı iştirak etmişdir. İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin Başçısının müavini Rəşad Cəbrayılov Ölkəmizdə və rayonda uğurla həyata keçirilən, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılmış idman siyasətindən söz açdı. Qeyd etdi ki, Prezident Cənab İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən dövlət idman siyasəti ölkə idmnaçılarının öz potensiallarını inkişaf etdirməsi və üzə çıxarması üçün böyük imkanlar yaradır, idmançılarımızı daima yeni–yeni qələbələrə səsləyir.

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq bildirdi ki, Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlardan biri olmuşdur. Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir. Daha sonra qeyd etdi ki, Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev cənablarının bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

Sonra çıxış edən Salyan "Kikboksinq" idman klubunun direktoru Rahil İsgəndərov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə keçirilən açıq rayon çempionatının məqsədi kikboksinq idman növünün kütləviliyinə nail olmaq və perspektivli idmançıları aşkar etməkdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra birinciliyə start verildi. Əvvəlcə kəmər uğurunda nümunəvi döyüşlər keçirildi.

Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin yekununda komanda hesabında I yeri Salyan , II yeri Neftçala , III yeri Bakının Azsport komandaları tutmuşdur. Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə nümunəvi kəmər döyüşlərinin qalibləri açıq rayon çempionatının kəmərləri ilə təltif olunmuşdur.

Salyanda açıq rayon çempionatı keçirilib — FOTOLAR
Salyanda açıq rayon çempionatı keçirilib — FOTOLAR
Salyanda açıq rayon çempionatı keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova