Hadisə

Daha bir xarici şəhərdən Bakıya avtobus reysi açıldı

Daha bir xarici şəhərdən Bakıya avtobus reysi açıldı

Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılıb.

Demokrat.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.

"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.

O, həmçinin deyib ki, Belarusa da avtobus daşımalarının təşkil olunacağı gözlənilir.

"Minsk istiqamətində daşımalar hələ başlamayıb. Hazırda Moskvadan sənədlərin alınması məsələsi həll olunur", - Korobçuk deyib.

D
demokrat.az