Hadisə

Biləsuvarda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirdi

Biləsuvarda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirdi

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Dədəliyev Eldəniz Qafar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi və müştərək travma diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

D
demokrat.az