Hadisə

Bakının mərkəzində XÜSUSİ ƏMƏLİYYAT: iranlı "Mobil"in dəstəsi ələ keçdi — VİDEO

Bakının mərkəzində XÜSUSİ ƏMƏLİYYAT: iranlı Mobilin dəstəsi ələ keçdi — VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.//Lent.az

D
demokrat.az