Rusiya rəsmiləri bildirib ki, ABŞ Ukrayna ərazisində biolaboratoriyanın yenidən qurulması proqramına başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Rusiyanın Ukraynaya hərbi hücumlarından sonra Rusiya Silahlı Qüvvələri ABŞ-ın Ukraynada biolaboratoriyalar yaratdığını iddia edib.
Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi İqor Kirillov ABŞ-ın dayandırılmış proqramının bərpa olunduğunu bildirib.
Rusiyanın hərbi əməliyyatları və laboratoriyaları bu ölkədən qaçaq yolla çıxarıldıqdan sonra ABŞ-ın layihəni dayandırdığını iddia edən Kirillov, biolaboratoriyalarda çalışan bir çox insanın da Ukraynanı tərk etdiyini xatırladıb.
Rusiya Müdafiə Nazirliyi ABŞ siyasətçilərinin Pentaqon tərəfindən biolaboratoriya işlərinə son qoyulması ilə bağlı ziddiyyətli açıqlamalarına diqqət çəkib.
Aysu Demokrat.az


