Gündəm

Fazil Mustafanın xəstəxanadan görüntüsünə "oyundur" deyənlərə SƏRT REAKSİYA

Fazil Mustafanın xəstəxanadan görüntüsünə oyundur deyənlərə SƏRT REAKSİYA

Martın 28-dəterror hücumunaməruz qalmış millət vəkili Fazil Mustafanın aprelin 6-da "Real" Televiziyasının rəhbəri Mirşahin Ağayevləmüsahibəsi zamanı görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bilərəkdən, ya bilməyərəkdən çiyinindən güllə yarası alan deputatın nə üçün çiyninə yox, qoluna sarğı vurulmasını istehza ilə sual edib, bu məsələdə oyun olduğunu yazmaqlaİran mollalarından heç də fərqlənmirlər.

Redaktor.azxəbər verir ki,Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloqAydın Əliyevözünün feysbuk hesabında Fazil Mustafanın sarğısı ilə bağlı müzakirələrə sərt reaksiya verərək həmin şəxsləri "alimlik" etməməyə çağırıb.

"Hamı öz bildiyi iş barəsində fikir yazsın, çox xahiş edirəm "alimlik"etməyin.

Deputat Fazil Mustafa çiynindən vurulub, çiyninə ağırlıq düşməsin deyə, qolunu bağlayıblar, bəziləri ağıllı çıxıb "çiyindən vurulanın qolu bağlanır, xaxaxa oyundu" deyib fikir bildirir. Savadsız olmaq ayıb deyil, amma bilmədiyin iş barəsində yazmaq ayıbdı. Ayıb olsun!", - deyə həkim yazıb.

Qeyd edək ki, sağ çiynindən yaralanmış Fazil Mustafanın qolunun bu vəziyyətdə sarınması və boyundan asılması tam doğru fizioloji, tibbi vəziyyətdir.

Bu vəziyyətdə ağrı azalır, ətrafda şişkinlik əmələ gəlmir, yara tez sağalır, ətrafın funksiyası tez bərpa olur.

Xatırladaq ki,deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçılarının İrana bağlılığıaşkar edilib.Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamsında da qeyd olunub ki, millət vəkili Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.

NE
Nihadə Eyyubova