Şou-biznes Özəl

Adı monitorinqə düşən müğənni İlqar Dəniz danışdı: "O mahnıların zərərli olduğunu mən çoxdan anlamışdım" — FOTO

Adı monitorinqə düşən müğənni İlqar Dəniz danışdı: O mahnıların zərərli olduğunu mən çoxdan anlamışdım — FOTO

Xəbər verdiyimiz kimi, zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.

Həmin mahnıların müəllif və ifaçıları arasında müğənni İlqar Dənizin mahnıları üstünlük təşkil edir.

Məsələ ilə bağlı müğənni İlqar Dəniz Demokrat.az-a açıqlamasında fikirlərini bölüşüb.

Müğənni bu qərarı alqışladığını bildirib:

"Təbii ki, düzgün ediblər. O mahnılar mənim gənclik illərimə təsadüf edir. İnsan yaşlandıqca kamilləşir. Mən də indi ciddi yaradıcılıqla məşğul oluram. O mahnıların zərərli olduğunu mən çoxdan anlamışdım. Düzdür, həmin siyahıda olan mahnıların bir çoxunu sildirmişəm. Ancaq başqa "YouTube" kanalları yenidən paylaşır. Özüm bəstəkaram. Bu mahnıların söz və musiqi müəllifi də özüməm. Mənim vətənpərvərlik mövzusunda çox sayda gözəl mahnılarım var. Məsələn, "Salam əsgərə". Bundan başqa, "Nə gizlədim", "Tükənmişəm" və s. kimi mahnılarım da var. Amma, o mahnılar haqqında heç kəs danışmır.

Bir nüansa da toxunmaq istəyirəm. Deyirlər ki, mahnılarda Pakistan, Hindistan, yaxud da digər xarici ritmlərdən istifadə edirlər. Bu, düzgün fikir deyil və buna heç kim qadağa qoya bilməz. Çünki ritm və musiqi azaddır. Bizim köhnə xalq mahnıları, hazırda bəstəkar mahnılarında da xarici ritmlərdən istifadə edirlər".

Nəzrin Demokrat.az

Adı monitorinqə düşən müğənni İlqar Dəniz danışdı: O mahnıların zərərli olduğunu mən çoxdan anlamışdım — FOTO

Adı monitorinqə düşən müğənni İlqar Dəniz danışdı: O mahnıların zərərli olduğunu mən çoxdan anlamışdım — FOTO

D
demokrat.az