Maraqlı

Dünyanın ən böyük yaqutu rekord qiymətə hərraca çıxarılacaq — FOTO

Dünyanın ən böyük yaqutu rekord qiymətə hərraca çıxarılacaq — FOTO

“Sotheby's” dünyanın ən böyük yaqutunu hərraca çıxaracaq.

Demokrat.az xəbər verir ki, “Fura Gems” şirkəti 2022-ci ilin iyul ayında bu yaqutun istehsalı üçün material kimi xidmət edən daşı tapıb.

Artıq cilalanmış “Estrela de Fura” adlı qiymətli daş 55,22 karatdır və dəyəri 30 milyon dollardan çoxdur.

Hərrac evi daşı çərşənbə günü Honkonqda təqdim edib. O, iyunun 8-də Nyu-Yorkda hərraca çıxarılacaq.

Dünyanın ən böyük yaqutu rekord qiymətə hərraca çıxarılacaq — FOTO

Qeyd edək ki, emaldan öncə daş 101 karat ağırlığında olub və dünyanın ən böyük yaqutu adını alıb.

D
demokrat.az