"İsmayilli — Qəbələ yolunun üzərində yetərincə mühüm istirahət mərkəzləri və turizm obyektləri var. Bu yolun genişləndirilməsi məsələsi çox mühümdür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib.
M.Qənbərov deyib ki, Azərbaycanda yeni obyektlər və yeni-yeni müəssisələr açılır:
"Bütün inkişafın təməlində yol məsələsi durur. Çünki hədəfə çatmaq üçün ən mühüm məsələ yol məsələsidir.Yolun lahiyələşdirilməsi ilə bağlı müzakirələr bir neçə müddətdir ki, davam etdirlir. Yaxın vaxtlarda Azərbaycanın bu sahəyə məsul olan mütəxəssislərinin iştirakı ilə sözügedən layihə ictimaiyyətə təqdim ediləcək".
Mirsalam Qənbərov qeyd edib ki, yolun ümumi uzunluğunun 77 kilometrdir və 4 lotdan ibarət olacaq:
"İlkin apardığımız manitorinqlərə görə, 77 kilometr uzunluğunda ərazilər mülkiyyət baxımından meşə fondu, qoruq və bələdiyyə torpaqlarına təsadüf edir. Əvvəlcə yolun ümumi eninin 25 metrə qədər olması nəzərdə tutulmasına baxmayaraq, bir sıra dəyişikliklər edilib. Belə ki, yolun eni 8 metr azaldılaraq 17 metrə enib. Yolun 3,5 metr olmaqla 4 zolaqdan ibarət olması nəzərdə tutulur. Bütün bu parametrlərin əsasında yol layihəsi hazırlanıb. Hətta, bu yol hissəsinə düşən ağacların sayı, növü və digər məsələlər də lahiyədə öz əksini tapıb".
Aysu Demokrat.az


