Hadisə

İstanbulda beşmərtəbəli bina yerlə bir oldu — YENİLƏNİB (ANBAAN VİDEO)

İstanbulda beşmərtəbəli bina yerlə bir oldu — YENİLƏNİB (ANBAAN VİDEO)

Türkiyənin İstanbul şəhərində səhər saatlarından qismən çökmə baş verən bina tamamilə uçub.

Beyoğlu rayonunda, Karaköy Kemeraltı küçəsində yerləşən beşmərtəbəli binanın ön hissəsi yerli vaxtla 14:50-də uçub.

Güclü gurultu və toz dumanı ilə müşahidə edilən hadisə anbaan kameralara əks olunub.


***

10:16

Türkiyənin İstanbul şəhərində beşmərtəbəli binada çökmə təhlükəsi səbəbindən tramvay səfərləri dayandırılıb.

Beyoğluda 5 mərtəbəli, yaşayış olmayan binada naməlum səbəbdən qismən çökmə baş verib. Beton parçaları binadan yola səpələnir, Karaköy-Tophane arasında tramvay hərəkəti dayandırılıb.


Çökmə nəticəsində beton parçaları yola tökülüb. Əraziyə polislər, xilasedicilər cəlb olunublar.

Beşiktaş istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Səlahiyyətlilər binada araşdırmaları davam etdirirlər.


D
demokrat.az