İdman

FİFA reytinqi açıqlandı: Azərbaycan millisi Ermənistan və Gürcüstanda xeyli geridə yer alıb

FİFA reytinqi açıqlandı: Azərbaycan millisi Ermənistan və Gürcüstanda xeyli geridə yer alıb

Milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan yığması 124-cü pillədə yer alıb.

Millimizin hesabında 1142 xal var və ötən ayla müqayisədə 3 pillə geriləyib.

Üç pillə geriləyən Azərbaycan yığması siyahıda Niger, Liviya və Mərkəzi Afrika Respublikasından geri düşüb.

Qonşu ölkələrdən Ermənistan 97-ci, Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya 37-ci, İran isə 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Argentina, Fransa və Braziliya ilk üç pillədəki mövqeyini qoruyub.

Demokrat.az

D
demokrat.az