Gündəm

20 nömrəli məktəbdəki kütləvi zəhərlənmə barədə rəsmi AÇIQLAMA

20 nömrəli məktəbdəki kütləvi zəhərlənmə barədə rəsmi AÇIQLAMA

“Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub”.

Bu barədə Yeniavaz.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

“Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur”, - məlumatda deyilir.

D
demokrat.az