Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.
Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən, aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də, şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.











