Fransanın "Nant" futbol klubunun baş məşqçisi Antuan Kombuare Ramazan ayında oruc tutduğuna görə oyunçusunu heyətdən kənarlaşdırıb.
Demokrat.az xəbər verir ki, baş məşqçi Antuan Kombouare futbolçu Jaouen Hadjamdan “Reyms”lə ilə oynadıqları matç günü oruc tutmamasını tələb edib.
Tələbdən imtina edən Hadjam heyətdən çıxarılıb.
Kombouare futbolçusunun cəzalandırılması barədə qərarını belə əsaslandırıb:
"Matç günü komandamda oruc tutan oyunçu meydançaya çıxa bilməz. Bu, mənim prinsipimdir".
Oyunçunun heyətdən kənarlaşdırılması müzakirələrə səbəb olub.
Azarkeşlər sosial şəbəkələrdə baş məşqçini tənqid ediblər.
Aysu Demokrat.az


