Siyasət

"Türkiyə, Şimali Kipr və Azərbaycan 3 dövlət, bir millətdir"

Türkiyə, Şimali Kipr və Azərbaycan 3 dövlət, bir millətdir

"Türkiyə və Azərbaycan "2 millət bir dövlət" adlandırılır, lakin mən deyirdim ki, biz 3 dövlət bir millətik. Ölkələrimizi oxşar cəhətləri çoxdur, hər bir ölkə ərazisinin işğalı ilə bağlı çətinliklər yaşayıb".

Demokrat.az xəbər verir ki, bunu bunu Şimali Kipr Türk Respublikasının Turizm və Ətraf Mühit Nazirliyinin müşaviri Serdar Aktunç deyib.

Serdar Aktunç Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə Şimali Kipr də çox sevindiyini qeyd edib. O, bunu tarixi hadisə adlandırıb.

Müşavir Azərbaycan vətəndaşlarını Şimali Kiprin mədəniyyəti, tarixi və gəzməli, görməli yerləri ilə tanış olmağa səsləyib.

"Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır.Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur".

Nəzrin

D
demokrat.az