Argentinada tətil aksiyası keçirən avtobus sürücüləri təhlükəsizlik nazirinə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici mediada məlumatlar yer alıb.
Qeyd olunub ki, Argentinanın Buenos-Ayres muxtar şəhərində təhlükəsizlik naziri Serxio Berni avtobus sürücülərinin tətilinə baxmaq üçün gedib. Amma onu daş, ziyanverici alət və yumruqlalarla qarşılayıblar.
Buenos-Ayresdə avtobus sürücüləri bir müddətdir ki, tətil edirlər. Çünki tez-tez sərnişin daşıyan avtobus sürücülərinə hücumlar edilir.
Sürücülər təhlükəsizlik tədbirlərinin artırılmasını istədiklərinə görə tətil aksiyası keçirməyə başlayıblar.
Nazir Berni də onları dinləmək üçün tətilə baş çəkmişdi. Lakin sürücülər Berninin səmimiyyətinə inanmayıblar. Bir neçə nəfər nazirə daş və avtomobil hissələri atıb.
Aysu Demokrat.az


