Bir müddət öncə “mavi işarə” olan rəsmi statusun aprelin 1-dən ödənişli olacağını açıqlayan “Twitter” vəsait köçürməyən hesabların təsdiq nişanlarını ləğv etməyə başlayıb.
Demokrat.az xəbər verir ki, "New York Times" qəzeti də tələb olunan ödənişi köçürməkdən imtina etdiyi üçün “Twitter” tərəfindən təsdiqlənmiş hesab statusu ləğv olunub.
Belə ki, 55 milyon abunəçisi olan "New York Times" qəzetinin “Twitter” hesabındakı mavi işarə də silinib.
"New York Times" qəzeti və bir çox məşhurlar “Twitter”in bu qərarına etiraz edərək, pul ödəməyəcəklərini açıqlayıblar.
Daha sonra "New York Times" qəzeti “Twitter”in sahibi İlon Maskı ağır şəkildə təhqir edən materiallar yayımlayıb. Nəticədə “Twitter” qəzetin "rəsmi" statusunu ləğv edib.
Aysu Demokrat.az


