Bütün dünyada yayılan "TikTok" tətbiqi populyarlığı sayəsində, "Meta" və "Amazon" da daxil olmaqla bir çox texnologiya şirkətini geridə qoyub.
Demokrat.az xəbər verir ki, şirkətin gəlirləri keçən il 30 faizdən çox artaraq, 2022-ci ildə 80 milyard dollardan çox olub.
"Tiktok" son dövrün qlobal miqyasda ən çox danışılan tətbiqlərindən biridir.
Bir çox ölkədə hökumətlər tərəfindən qadağan edilməsi və şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham edilməsinə baxmayaraq, tətbiq öz inkişafından geri qalmayıb.
Aysu Demokrat.az


