Hərbi Özəl

Qarabağda qanunsuz yükdaşımalar dayandırılmasa, antiterror əməliyyatı keçiriləcək — AÇIQLAMA

Qarabağda qanunsuz yükdaşımalar dayandırılmasa, antiterror əməliyyatı keçiriləcək — AÇIQLAMA

"Gorusdan Turşsuya nələrin daşınması barədə məlumatı Müdafiə Nazirliyimiz dəfələrlə bəyan edir. Rəsmi mənbələrdə göstərilir ki, həmin ərazilərə hərbi sursat, hərbi texniki vasitələr və canlı qüvvələr daşınır. Amma bütün hallarda bu, təxribat xarakterli yükdaşımalardır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda Azərbaycan tərəfindən xüsusi tədbirlər görüləcək:

Qarabağda qanunsuz yükdaşımalar dayandırılmasa, antiterror əməliyyatı keçiriləcək — AÇIQLAMA

"Rəsmi mənbələrdən göstərilir ki, Azərbaycan tərəfi bu daşımalara laqeyd yanaşa bilməz, xüsusi tədbirlər görəcək. Yəqin ki, yaxın gələcəkdə biz bunu görəcəyik. Əgər Qarabağda qanunsuz yükdaşımalar dayandırılmasa, bu, Azərbaycanın antiterror əməliyyatı ilə nəticələnə bilər. Yaranmış vəziyyətdə bu cür əməliyyatlar qaçılmazdır. Çünki əks halda biz daha geniş təxribatlar və daha genişmiqyaslı gərginliyin şahidi ola bilərik. Bu da əlbəttə ki, regional təhlükəsizliyi təhdid altına salır".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova