Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Oxu.Azxəbər verir ki, günün ilk matçında “Qarabağ”“Şamaxı”nın qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb - 1:0. Y eganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.
Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.
Qeyd edək ki, günün digər görüşündə “Sabah”“Qəbələ”ni qəbul edəcək. Turun əvvəlki oyunlarında “Sumqayıt”“Turan Tovuz”u 3:2, “Kəpəz”“Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Zirə”- “Neftçi”qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.


