Kilian Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçmək istəyir.
Fransa millisinin kapitanı bununla bağlı “kral klubu”nun rəhbərliyinə xəbər göndərib. 24 yaşlı forvard anlayır ki, PSJ-də Çempionlar Liqasının qalibi olmaq arzusunu reallaşdırması çətindir. O, fikrini dəyişməyəcəyinə, hazırkı müqaviləsi başa çatdıqdan sonra PSJ-dən“Real Madrid”ə keçəcəyinə dair söz verib.
İspanlaröncəki uğursuz cəhdlərdən sonra bir daha Mbappeni transfer etmək üçün danışıq aparmayacaqlar. Madridlilər yalnız o halda futbolçunu heyətlərinə qatmağı düşünürlər ki, o, azad agent olsun.


