Quba rayonunda 1985-ci il təvəllüdlü Anar qayınanası Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Anarın barəsində İnizabti Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.
İş üzrə təqsirli bilinən Anar bildirib ki, hadisə günü uşaqları ilə görüşmək üçün qaynanasıgilə gedib:
“Qaynatam və qaynanam mənə uşaqlarım ilə görüşməyə imkan vermədi. Buna görə mübahisələrimiz düşdü. Mən də əsəbiləşdim. Qaynanamın gözündən vurdum”.
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, 4 oktyabr 2022-ci ildə qızı Anar ilə rəsmi qaydada boşanıb:
“Həmin nigahdan 3 övladları isə qızımın himayəsinə verilib. Hadisə günü, saat 13 radələrində Anar yaşadığımız ünvana gəldi. Uşağını aparmaq istədiyini bildirdi. Mən etiraz etdim. Bununla bağlı aramızda yaranan mübahisə zamanı Anar boğazımdan tutaraq itələdi. Mən yerə yıxıldım”.
Quba rayon Məhkəməsinin qərarı ilə Anar 15 gün müddətinə həbs edilib.
Fariz Məlikli Demokrat.az


