Dünya Özəl

Əfqanıstanda nazirlik binası yaxınlığında PARTLAYIŞ

Əfqanıstanda nazirlik binası yaxınlığında PARTLAYIŞ

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Partlayışın kamikadze terrorçu tərəfindən törədildiyi üzə çıxıb.

Məsələ ilə bağlı Kabil Təhlükəsizlik Komandanlığının sözçüsü Xalid Zadran açıqlama verib.

O bildirib ki, intiharçı şəxs hədəfinə çatmamış zərərsizləşdirilib. Lakin partlayışın qarşısını almaq mümkün olmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova