Hadisə Özəl

Türkiyədə 14 yaşlı uşağın döyülməsinə görə 5 nəfər polis işdən qovuldu

Türkiyədə 14 yaşlı uşağın döyülməsinə görə 5 nəfər polis işdən qovuldu

Türkiyənin Diyarbəkir rayonunda 14 yaşlı uşağın döyülməsi ilə bağlı 5 polis əməkdaşı vəzifədən kənarlaşdırılıb.

Demokrat.az xəbər verir ki, sözügedən polislərdən 3-ü isə həbs edilib.

Məsələ ilə bağlı Diyarbəkir rəsmiləri açıqlama yayıb.

Açıqlamada deyilir: "Bəzi media orqanlarında rayonumuzda keçirilən Novruz tədbirləri zamanı 5 əməkdaşımızın 14 yaşlı uşağın ölümünə səbəb olması ilə bağlı yayılan iddialar yalandır və təxribat məqsədi daşıyır.

21 mart 2023-cü il tarixində şiddətə məruz qalan 14 yaşlı oğlan şəhər mərkəzindəki xəstəxanaya yerləşdirilib və müalicəsindən bir gün sonra evə buraxılıb. Hadisə ilə bağlı həmin gün Prokurorluq tərəfindən araşdırmaya başlanılıb, 25 mart 2023-cü il tarixində Rayon Polis İdarəsinin tabeliyindəki 5 polis əməkdaşı saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.

Bundan başqa, sözügedən 5 nəfər polis vəzifəsindən kənarlaşdırılıb və barələrində inzibati araşdırma başlanıb. Polislərdən 3-ü isə həbs edilib. Hadisə bütün aspektləri ilə araşdırılır”.

Aysu Demokrat.az

D
demokrat.az