Gündəm

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib — FOTOLAR

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib — FOTOLAR

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidentiİlham Əliyevə klubun formasını hədiyyə verib.

“Report” xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib — FOTOLAR
“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib — FOTOLAR

NE
Nihadə Eyyubova