Hadisə

Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az