“Azərbaycanın Türkiyənin zəlzələdən əziyyət çəkmiş bölgələrində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırmasıəlaqələrin hərtərəfli inkişafına töhfə verəcək”.
BunuOxu.Az-a açıqlamasında iqtisadçı ekspertRauf Qarayevbildirib.
Onun sözlərinə görə, yardımın məqsədi sadəcə Türkiyənin bizlə olan qardaşlıq münasibəti deyil:
“Həm də əhali baxımından əlaqələrin genişləndirilməsi müsbət hal alacaq.Buaddım Azərbaycan və Türkiyə arasında əlaqələrin sıx olduğunun, fövqəladə vəziyyətdə bir-birlərinə təmənnasız olaraqköməkliyin edildiyinin bariz nümunələrindən biridir. Bu xüsusda Azərbaycanın zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticəyönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcək”. 
“Bu zaman bizim tikinti sahəsində də dirçəliş olacaq. Azərbaycanın digər ölkələrdə də belə bir addım atması tikinti sektoruna stimul olacaq. Bu, biznes baxımından da öz töhfəsini verə bilər”.
Qeyd edək ki,20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elanolunub.


