Şou-biznes

"İnşallah, gəlini dediyi kimi olar" — Könülə etiraz etdilər

İnşallah, gəlini dediyi kimi olar — Könülə etiraz etdilər

Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova bir müddətəvvəl "Gəlin mənim süpürgəmdir, harada desəm, orada dayanacaq" sözlərinə görə tənqid olunmuşdu.

Axşam.az xəbər verir ki,“MTV maqazin” sənətçinin fikirləri ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu aparıb.

Müğənni Manaf Ağayev"Könül xanım onu pis niyyətlə demir, atalar sözüdür. Təbii ki, gəlini gətirənlər başına and içir. Bu deyimdir, onu heç kim süpürgə əvəzinə işlətmir", deyə söyləyib.

Xatun Əliyeva isə"Yox, bir ananın balasıdır. Mənim qızım kimidir, elə şey etmək olar? Buna düzgün baxmıram. Amma ağıllı böyük yaxşıdır ki, başa salsın. Gəlinimin sevgisimənə xoş təsir bağışlayır. Mən də ona qarşılıq verirəm"reaksiyasını verib.

Dilarə Əliyevaisə sənətçinin zarafat etdiyini bildirib.

Türkan Vəlizadə"Könül xanımın fikrinə hörmətlə yanaşıram. İnşallah, gəlini onun dediyi kimi olar. O, gəlininin süpürgə kimi qalmasını istəyir. Mən kiminsə evində elə yox, xanım olmaqistəyirəm" cavabını verib.

Şəbnəm Tovuzluda fikrini bildirərək "Düzgün baxmıram, hərqız bir ananın övladıdır. Heç vaxt süpürgə yox, gözəl ana ola bilər" deyib.

Aysel Əlizadə"Bu, deyilən sözdür. Ailələrdə elə bir yanaşma yoxdur. Bunlar xasiyyətlə bağlı olan şeylərdir. Elə gəlin var ki, bu münasibətə layiq deyil" söyləyib.

"Heç bir qadın süpürgə deyil. Ola bilər ki, uşaq olsun. Onu başa salmaq lazımdır. Heç kimistəməz ki, onun qızı hansısa ailədə süpürgə olsun" deyə,Zemfira İbrahimovabildirib.

Nura Suri isə"Qadın qulluqçudur? Qazanıb gətirən, hər şeylə təmin edən kişidirisə, ona qulluq etmək olar. Ailədə işləri, sevinci dəbölüşmək lazımdır" deyə, qadınları müdafiə edib.

D
demokrat.az