"Metroda qrafikin dəyişdirilməsi kütləvi mədəni tədbirlərin xarakterindən asılı olur. Novruz bayaramı ərəfəsində qatarlar səhər saat 6-dan 12-dək işləyəcək".
Bu barədə Demokrat.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.
O bildirib ki, Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək:
"Bayramla əlaqədar olaraq kütləvi mədəni tədbirlərin keçirildiyi yerlərə yaxın olanlara məkanlarda əlavə işçi qüvvəsi ayrılacaq. Gecə saatlarında iş saatın artırılması planlaşdırılmır. Yeni ildə atəşfəşanlıq olduğu üçün iş qrafikində artımlar olur, ancaq Novruz bayramında artırmaya ehtiyac yoxdur. Ayın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq".
Aynurə Demokrat.az


